Prezident sərəncam imzaladı: Yol tikintisinə 4,6 milyon manat ayrıldı

Yeniliklər 25 May 2018 00:13 Oxunub 1118
Prezident sərəncam imzaladı: Yol tikintisinə 4,6 milyon manat ayrıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lökbatan-Güzdək avtomobil yolunun tikintisi aparılacaq

 

Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan-Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az xəbər verir ki, sərəncamla 43 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Güzdək avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh