Bu cür yük maşını sürərlər? - Bakıda təhlükəli sürücü - VIDEO

Avtoreyd 25 May 2018 00:56 Oxunub 2258
Bu cür yük maşını sürərlər? - Bakıda təhlükəli sürücü - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər hərəkət iştirakçılarına ciddi şəkildə təhlükə yaradır

Ağır tonnajlı maşınlar üçün yollarda hərəkət zamanı sürət məhdudiyyəti tətbiq edilir. Məsələn, əgər yolda sürət həddi 90 qoyulubsa yük maşınları üçün bu hədd 70 olur. Amma təəssüf ki, çox zaman buna riayət olunmur. Nəticədə isə ağır qəzalar baş verir. Avtosfer.az-ın daimi oxucusu Kənan Dalğa yeni bir video göndərib. Belə ki, 24 may tarixində, saat 17:13-də, Kənar Dairəvi yolda 99 JX 060 dövlət nömrə nişanlı (qoşqusunun nömrəsi 10 ZJ 060) iti tonnajlı yük mşını zolaqlar üzrə manevr qaydalarını jobud şəkildə pozur. Həmçinin yüksək sürətlə hərəkət edərək ötmə edir. Bu isə yolda hərəkət edən digər iştirakçılara ciddi şəkildə təhlükə yaradır.

Qeyd edək ki, Kənan Dalğa Yol Polisi rəhbərliyinə bu barədə rəsmi şəkildə müraciət də ünvanlayıb.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh