Neftçala Polis Şöbəsinə pul ayrılıb, lakin bina təmir edilməyib

Yol polisi 25 May 2018 10:30 Oxunub 1612
Neftçala Polis Şöbəsinə pul ayrılıb, lakin bina təmir edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəsaitin hansı istiqamətdə xərcləndiyi məlum deyil

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının təmir olunmasına pul vəsaiti ayrılsa da, bina təmir edilməyib. RPŞ-dakı mənbə “Report”a faktı təsdiqləyib. Bildirilib ki, binanın təmirinə iki il əvvəl – RPŞ-da Vüsal Şəbəndiyevin rəis olduğu vaxt müvafiq qaydada pul vəsaiti ayrılıb. Lakin bina indiyədək təmir edilməyib. Ayrılmış pul vəsaitinin hansı istiqamətdə xərcləndiyi isə məlum deyil. Qeyd edək ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh