Motosiklet qadını vuraraq öldürdü: sürücü ağır yaralanıb - Bakıda

Qəzalar 25 May 2018 10:37 Oxunub 811
Motosiklet qadını vuraraq öldürdü: sürücü ağır yaralanıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Faktla bağlı cinayət işi başlanılıb

Bakının Xəzər rayonunda motosiklet piyadanı vuraraq öldürüb. "Report" xəbər verir ki, hadisə Bilgəh qəsəbəsindən Buzovnaya gedən yolda baş verib. Otuz üç yaşlı Şabanov Zamiq Vadim oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyən ad-soyadı hələlik məlum olmayan 50-55 yaşlı qadını vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Motosikletin sürücüsü Z.Şabanov ağır bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh