Bakıda sürücülər əlbəyaxa oldular – Qorxulu anların VİDEOSU

Avtosfer TV 25 May 2018 13:10 Oxunub 2354
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Gənclik” metrosunun çıxışında sürücülər arasında dava olub

Bakının Nərimanov rayonu “Gənclik” metrosunun çıxışında sürücülər arasında dava olub. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki,  21 may 21:53 radələrində ”Gənclik” metrostansiyasının çıxışındakı dayanacaqda 202 nömrəli avtobusun sürücüsü ilə 33 nömrəli avtobusun sürücüsü əlbəyaxa olublar.

Buna səbəb 33 nömrəli avtobusun dayanacaqda olan 202 nömrəli avtobusa dəyərək qəza törətməsi olub. Hadisə nəticəsində 202 nömrəli avtobusun güzgüsü qırılıb. Sürücü qarşı tərəfin üzərinə atılaraq güzgünün pulunu tələb edib. Nəticədə əsəblərini cilovlaya bilməyən sürücülər arasında əlbəyaxa dava düşüb. Hadisənin ani baş verdiyini bildirən 33 nömrəli avtobusun sürücüsü də qarşı tərəfə qarşılıq verərək “söhbət”ə çəkib. Başverənlərdən qorxan sərnişinlər avtobusu tərk edib onları sakitləşdirməyə çalışsalar da, vəziyyət daha da pisləşib. 20 dəqiqə davam edən davada sərnişinlərin və orada yaşayan sakinlərin köməyi ilə sürücüləri ayırmaq mümkün olub. Zərərçəkən sürücü digər avtobusun güzgüsünü sökərək özünə götürüb. Daha sonra idarə etdikləri avtobuslara minən sürücülər hadisə yerindən sürətlə uzaqlaşıblar.

Sözügedən anın videosunu sizə təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh