Yeni sürücülük vəsiqələri nə ilə fərqlənəcək? Kim istəsə dəyişə bilər

Yazarlar 25 May 2018 13:22 Oxunub 3264
Yeni sürücülük vəsiqələri nə ilə fərqlənəcək? Kim istəsə dəyişə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: "Layihədə başqa maraqlı məqamlar da var"

Sürücülük vəsiqələri ilə bağlı qanunda dəyişiklik edilməsi layihəsi təklif edilib. Hazırda istifadə etdiyimiz vəsiqələrin 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən yeni nümunayə uyğun olmaması (məlumatların sıralanma ardıcıllığının pozulması) və vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflərin (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya edilmədiyi barədə əvvəllər məlumat vermişdik. “Bu layihə həmin problemi həll edir. Layihə qəbul edilib qüvvəyə mindikdən sonra (yəqin ki, gələn ilin əvvəllərindən) sürücülük vəsiqələrimiz tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək". Avtosfer.az xəbər verir ki, bunu Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, layihədə Konvensiyaya uyğun olaraq sürücülük kateqoriyalarına yeni altkateqoriyalar (B1, C1, D1, C1E, D1E) əlavə olunur. “Bunlar müxtəlif tip nəqliyyat vasitələrinin fərqli kateqoriyalarının idarə edilməsi hüququnu dəqiqləşdirməyə yönəlib (məsələn, B1 altkateqoriyası hazırda dünyada geniş yayılan kvadrisiklləri, D1 16-yadək sərnişin yeri olan mikroavtobusları idarə etmək üçündür)".

Layihədə başqa maraqlı məqamlar da var. Məsələn, trisikl və kvadrisikllərin hüquqi statusu aydınlaşdırılır. Ərşad Hüseynov hesab edir ki, yeni nümunəli sürücülk vəsiqələrində vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi (FİN-kod), onun barəsində xüsusi məhdudiyyətlər (məsələn, nəqliyyat vasitəsini yalnız eynəklə idarəetmə barədə qeyd, ona xüsusi təchizata malik “Əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd) də olacaq.

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh