"Yol polisləri olmasaydı indi həyatda deyildim" - FOTO

Yol polisi 25 May 2018 13:24 Oxunub 17033
"Yol polisləri olmasaydı indi həyatda deyildim" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sükan arxasında halı pisləşdiyi üçün özünü DYP postuna çatdırıb

"Əgər yol polisləri olmasayı yəqin mən artıq həyatda deyildim". Bu sözləri deyən vətəndaş Dövlət Yol Polisinə və onun əməkdaşlarına səmimi minnətdarlığını ifadə edib. Oruc tutduğu üçün sükan arxasında qəfildən səhəti pisləşən Tural Baxışov idarə etdiyi "Kia Sportace" markalı, 90-TG-641 dövlət nömrə nişanlı avtomobillə Bakı-Sumqayıt yolunda yerləşən Baş DYP-nin "Saray postu" adlanan məntəqəsinə daxil olur. DYP-nin müfəttişləri Emin Əsədov və Sahil Ərəbov vətəndaşın vəziyyətini düzgün qiymətləntdirib biri partul maşını ilə yolu açmaqla, digəri isə vətəndaşın şəxsi avtomobilini idarə etməklə Xırdalan şəhər Təcili Tibbi xəstəxanasına catdırırlar. Vətəndaşı vaxtında həkimə çatdırmaqla yanaşı, xəstənin vəziyyəti yaxşılaşana qədər yanından ayrılmırlar. Bütün bu müddət ərzində isə DYP-nin YPXA-nın 1-ci tağımını komandiri, mayor Ülfət Şükürov inspektorlar Emin Əsədov və Sahil Ərəbovla mütəmadi əlaqə yaradaraq, xəstənin səhhəti ilə maraqlanır və vəziyyəti nəzarətində saxlayır. Nəhayət, özünə gələn xəstə sağ-salamat doğmalarının yanına qayıdır.

Avtosfer.az-a müraciət edən Tural DYP-nin ona qarşı göstərdiyi insani diqqət və qayğıdan, xüsusən də müfəttiş Emin və Sahilin işinə vicdanlı yanaşmasından danışıb və onlara təşəkkürünü bildirib. Tural Baxışov “Saray postun”nun əməkdaşlarının ona göstərdikləri insani diqqət və qayğıya görə təşəkkürün bildirib: “Belə vicdanla öz vəzifəsini yerinə yetirən polislərimiz var. Başda DYP rəisi olmaqla bütün polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh