“Şimal-Cənub marşrutu üzrə vahid logistika operatoru bu ilin sonuna qədər yaradıla bilər”

Gündəm 25 May 2018 16:00 Oxunub 719
 “Şimal-Cənub marşrutu üzrə vahid logistika operatoru bu ilin sonuna qədər yaradıla bilər”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu dəmir yoluna tələbat olacaq"

"Rusiya Azərbaycan və İranla Rəşt-Astara dəmir yolu layihəsində iştirakını müzakirə edir". "Report" rus mətbuatına istinadən xəbər verir ki, bunu "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun I müavini Aleksandr Mişarin deyib. Onun sözlərinə görə, bu dəmir yolu xətti "Şimal-Cənub" kimi böyük nəqliyyat dəhlizinin bir parçası olaraq Sibir, Orta Asiya və Çindən malların daşımasının şaxələndirilməsi nöqteyi- nəzərdən müsbət nəticə verəcək: "Bu dəmir yoluna tələbat olacaq".  Rusiyalı rəsmisi onu da bildirib ki, maraqlı tərəflər hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə vahid logistika operatorunun yaradılması məsələsini müzakirə edirlər: "Ümid edirəm, bu məsələni bu ilin sonuna qədər həll edəcəyik. Bunun üçün tərəfdaşlarımızın, ilk növbədə Azərbaycan, İran, Hindistan və Qazaxıstanın razılığını almalı və şirkəti qurmalıyıq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh