DİN-də Cümhuriyyətin 100 illiyinə həsr olunan tədbir keçirilib

Yol polisi 25 May 2018 20:04 Oxunub 1534
DİN-də Cümhuriyyətin 100 illiyinə həsr olunan tədbir keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmini üçün mühüm tədbirlər həyata keçirilib

Bu gün Daxili İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib. Nazirliyin mətbuat ximdətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyirminci əsrin əvvəllərində regionda yaranmış mürəkkəb geosiyasi şəraitdə Şərqdə ilk dəfə məhz Azərbaycanda demokratik respublika yaradılmasını qədim dövlətçilik ənənələrinə malik xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov qısa zaman kəsiyində milli  hökumətin gördüyü işlər,  Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun şərəfli döyüş yolu barədə mərasim iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, görkəmli dövlət və ictimai xadimlərin gərgin diplomatik səyləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Demokratik Respublika formasında özünü təsdiqləmiş olub.

Diqqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsinin qəbulundan sonra cümhuriyyətin ilk parlamenti seçilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsdiqlənib, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmini üçün mühüm tədbirlər həyata keçirilib.

Tədbirə yekun vuran R. Usubov Azərbaycan Xalq Cümhuriyyəti dövründə yarımçıq qalmış bir çox işlərin, gerçəkləşməyən planların Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ardıcıl, məqsədyönlü şəkildə həyata keçirildiyini, ordu, dövlət quruculuğu, qlobal infrastruktur layihələri, uğurlu sosial, iqtisadi siyasət nəticəsində güclənmiş dövlətimizin, qüdrətli ordumuzun sonda torpaqlarımızı işğaldan azad edəcəyinə, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edəcəyinə əminliyini bildirib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh