Lənkəranda avtomobil aşıb, sürücü xəsarət alıb

Qəzalar 25 May 2018 20:47 Oxunub 639
Lənkəranda avtomobil aşıb, sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb

Lənkəranda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və sürücü maşını aşırıb.

Nəticədə avtomobilin sürücüsü, şəhər sakini, 1978-ci il təvəllüdlü Miri Mirməhəmməd oğlu Miriyev xəsarət alıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Baş nahiyəsindən xəsarətlər alan M. Miriyevə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh