Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

Qəzalar 25 May 2018 21:01 Oxunub 649
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İvanovka kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Məmmədov Vüsal Rüfət oğlu idarə etdiyi “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın körpüdən aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh