Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Gündəm 25 May 2018 21:22 Oxunub 1238
Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tələbənin özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur

Kür çayının Rustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, hadisə iki gün bundan əvvəl baş verib.

"Bizə Tbilisi Humanitar Universitetinin II kurs tələbəsi Tağı İsgəndərzadənin suda boğularaq ölməsi barədə məlumat daxil olub. Artıq meyit ekspertizadan keçirilib və yaxın günlərdə ailəsinə təhvil verilməsi üçün Azərbaycana göndəriləcək". 

Xatırladaq ki, T.İsgəndərzadənin paytaxt Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur.  

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh