Binəqədidə avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrıldı

Gündəm 25 May 2018 22:35 Oxunub 645
Binəqədidə avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə veriləcək

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,9 milyon (bir milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh