Azərbaycanda vergilər azaldılacaq - VİDEO

Yeniliklər 25 May 2018 23:24 Oxunub 1966
Azərbaycanda vergilər azaldılacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təkliflər builki büdcə paketi üçün hazırlanıb

Azərbaycanda əmək haqqından ödənilən vergilər azaldılacaq. Avtosfer.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov "Sahibkarlar Günü"nə həsr olunmuş konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, təkliflər builki büdcə paketi üçün hazırlanıb və artıq aidiyyati qurumlarla müzakirə aparılır.

Mikayıl Cabbarov həm də Azərbaycanda mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılacağını bildirib.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, yaxın zamanda tətbiq ediləcək yeniliklə Azərbaycanda sahibkarlara ödəyəcəyi gömrük rüsumu barədə SMS-lər göndəriləcək. O, bu üsulla gömrük bəyannaməsinin daha sürətli şəkildə verilməsinin mümkün olacağını bildirib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev də sahibkarlığın inkişafı üçün hər cür şəraitin yaradıldığını, kənd təsərrüfatı sahəsində emal sənayesi məhsullarının ixracı ilə bağlı ciddi işlərin görüləcəyini qeyd edib. O da vurğulanıb ki, yaxın zamanda Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq. Yeni yaradılan biznes evləri biznes mühitində "Asan Xidmət" modeli kimi olacaq, sahibkarlar və dövlət orqanları üçün "bir pəncərə" sistemi əsasında fəaliyyət göstərəcək.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh