Yol polisinin bu hərəkəti hər kəsi göz yaşlarına boğdu: "Vətən sağ olsun" - VIDEO

Yol polisi 28 May 2018 23:28 Oxunub 22105
Yol polisinin bu hərəkəti hər kəsi göz yaşlarına boğdu: "Vətən sağ olsun" - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhid cənazəsini aparan maşın karvanı belə qarşılandı

Sosial şəbəkələrdə yayılan video izləyənləri göz yaşına boğub. Belə ki, rayonların birinə şəhid cənazəsi gətirilir. Qabaqda YPX avtimobili olmaqla böyük bir karvan cənazəni müşayət edir. İnsanlar isə bütün yol boyu əllərində güllər yola səpir, şüarlar səsləndirir. Bütün bunların fonunda Yol polisinin avtomobildən səsgücləndirici ilə "Vətən sağ olsun", "Təşəkkür edirik", "Şəhidlər ölməz" kimi şüarlar verməsi mərasimə ayrı rəng qatır.

DYP-dən Avtosfer.az-a verilən məlumata görə, bu görüntülər 2016-cı il aprelin 2-də Tərtər rayonu istiqamətində şəhid olmuş Cəlilabad rayonu Məlikqasımlı kənd sakini 1997-ci il təvəllüdlü Nəsirobv Röyal İmran oğlunun cənazəsinin qarşılanması və dəfn mərasimi zamanı çəkilib. Şəhidi müşaiyət edən avtomobil karvanını isə Cəlilabad rayon Polis Şöbəsinin DYP Bölməsinə məxsus 99 YP 575 və 99 YP 577 dövlət nömrə nişanlı patrul maşınları müşaiyət edib. 

 

Avtosfer.az sözügedən videonu təqdim edir:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Nurlan 28 May 2018 13:25
Halal olsun YPX xidmetine veten sag olsun wehid olmez veten bolunmez