Şamaxıda uşağın üzərinə mürəbbə dağıldı

Gündəm 25 May 2018 23:47 Oxunub 771
Şamaxıda uşağın üzərinə mürəbbə dağıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpənin vəziyyəti ağırdır

Şamaxı rayonunun Meysəri kəndində bədbəxt hadisə baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yerli sakin evdə mürəbbə bişirərkən qaynar tas 2017-ci il təvəllüdlü oğlu Bayramov Rəvan Taryel oğlunun üzərinə aşıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən körpəyə III dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib. Körpənin vəziyyəti ağırdır.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh