Ağstafada yaşlı kişini avtomobil vurub

Gündəm 26 May 2018 00:17 Oxunub 744
Ağstafada yaşlı kişini avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Ağstafa şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Tatlı kənd sakini Namazov Mikayıl Rəsul oğlunu avtomobil vurub.

O, elə yaxınlıqdakı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh