Bakı-Sumqayıt yolunda şou göstərən sürücü cəzalandırıldı - VIDEO

Qaydalar 25 May 2018 00:58 Oxunub 3906
Bakı-Sumqayıt yolunda şou göstərən sürücü cəzalandırıldı - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü həm də qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olub

Bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Bakı-Sumqayıt yolunda 90 FE 109 dövlət nömrə nişanlı, "Tofaş" markalı avtomobilin kobud qayda pozuntusuna yol verdiyi, təhlükəli manevrlər etdiyi barədə videomaterial yayılıb. 

Məlumat yayıldıqdan dərhal sonra Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Ekoloji nəzarət bölüyü həmin avtomobili və sürücünü aşkar edib və barəsində müvafiq qaydada tədbir görülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, sürücü həm də qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olub. Buna görə də sürücü barəsində həm ötmə və manevr qaydalarını pozma, həmçinin lisenziyasız taksi xidməti göstərdiyi üçün inzibati protokol tərtib olunub.

Avtosfer.az həmin sürücü barədə yazılmış protokolu və sənədləri təqdim edir:

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh