Şirvanda 62 yaşlı müəllimə itkin düşüb

Gündəm 26 May 2018 20:47 Oxunub 937
Şirvanda 62 yaşlı müəllimə itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin şəxs məktəbdən çıxarkən əynində qara ətək və ağ köynək olub

Şirvanda qadın itkin düşüb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-də dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara ətək və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh