Nabrandan Bakıya gələn 3 avtobus qəzaya uğradı - Yaralılar var - FOTOLAR

Avtosfer Foto 26 May 2018 21:39 Oxunub 3604
Nabrandan Bakıya gələn 3 avtobus qəzaya uğradı - Yaralılar var - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində 4 sərnişin yaralanıb

Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, İbrahimov Dilqəmin “05-BE-640” nömrəli, Elmir Hüseynovun 99-JD-403 nörməli və Elçin Qarayevin 99-HJ-256 nömrəli avtobusları toqquşub. E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub. Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.

Xəsarət alan sərnişinlər bunlardır:

Bakı sakini Cavadova Yana – 51 yaş

Bakı sakini Qurbanov Cəfərr Üzeyir oğlu – 11 yaş

Bakı sakini Səmədov Faiz Baba oğlu – 63 yaş

Bakı sakini Şayxatarov Renat – 58 yaş















ŞƏRH YAZ
Ad

E-mail

Şərh