Bakıda parkinqdə dayanan avtomobilə cərimə yazdılar - FOTO

Xəbərlər 27 May 2018 01:37 Oxunub 2706
Bakıda parkinqdə dayanan avtomobilə cərimə yazdılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşından jurnalistə analoqu olmayan cərimə

DYP əməkdaşı qanunla nəzərdə tutulmuş yerdə avtomobilini park edən jurnalistə analoqu olmayan səbəbdən cərimə tətbiq edib. İnterpress.az xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində 28 May küçəsində baş verib. Belə ki, Sfera.az saytının baş redaktoru Ozal Məmmədov idarə etdiyi nəqliyyat vasitəsini Nizami Kino Mərkəzinin yaxınlığında BŞİH-nin quraşdırdığı parkomatların qarşısında park edib. Sürücü sözügedən ərazidə avtomobilinin park olunması üçün BŞİH-nin quraşdırdırılan parkomatlara nəzarət edən əməkdaşından icazə istəyib. Həmin şəxs isə müəyyən olunmuş ödənişi etdikdən sonra avtomobilini ərazidə park etmək hüququnun olduğunu bildirib. Amma avtomobilini park edən sürücü daha sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, Asanpay tərəfindən onun mobil nömrəsinə göndərilən SMS vasitəsilə sürücünün qanunsuz yerdə avtomobilini saxlaması əsas gətirilərək ona 20 manat məbləğində cərimə tətbiq olunub.  Avtomobilinə yaxınlaşan sürücü avtomobillərin parklanması üçün nəzərdə tutulan parkomatlara nəzarət edən BŞİH-nin nümyandəsindən bunun səbəbini soruşduqda isə analoqu olmayan cavab alıb. Məlum olub ki, əraziyə baxış keçirən DYP əməkdaşı başqa bir avtomobilin sürücüsü ilə mübahisə etdikdən sonra park olan bütün avtomobillərə cərimə tətbiq edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh