Bu deputatlar DYP-dən özləri üçün imtiyaz istədi: “Bizim maşınları saxlamasınlar”

Yazarlar 27 May 2018 01:40 Oxunub 4346
Bu deputatlar DYP-dən özləri üçün imtiyaz istədi: “Bizim maşınları saxlamasınlar”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İzah etsinlər ki, deputat toxunulmaz şəxsdir”

Milli Məclisin deputatları Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğunun iclasında "Yol Hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deputat Elşən Musayev deyib ki, dəfələrlə Milli Məclisdə Dövlət Yol Polisin rəhbərliyi ilə deputatların görüşünün keçrilməsi üçün məsələ qaldırılıb. "Mən xahiş edirəm ki, bir çox problemləri onların diqqətinə çatdırmaq üçün görüş təşkil olunsun. Məsələn, deputatların avtomobilini saxlanması və yaxud da bir çox nəzərəçarpan məsələlər var ki, onlara aydınlıq gətirilsin”. 

Deputat Tahir Kərimli isə dəfələrlə milliət vəkilləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib. "Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, "Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputat toxunulmaz şəxsdir”. 

Komitə sədri Əli Hüseynli söz verib ki, Baş Dövlət Yol Polisin rəhbərliyinin iştirakı ilə belə bir müzakirə keçriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Reskator 27 May 2018 18:53
Kimden artigdilar Deputat olub ne edible