Küçəni zibilləyən sürücü: 90 PL 341 - VIDEO

Avtosfer TV 9 İyun 2018 17:35 Oxunub 2375
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu əməli törədən sürücülərə ən azı mədəniyyətsiz adı vermək olar

Avtomobildən küçəyə hər hansı bir əşya, zibil, siqaret kötüyü və s. atmaq qanunla qadağandır. 40 manat da cəriməsi var. Amma bu, inzibatidən başqa insandan bir mənəvi məsuliyyət də tələb edir. Bu əməli törədən sürücülərə ən azı mədəniyyətsiz adı vermək olar. Necə ki, çoxları elə bu cür də deyir.

25.05.2018-ci il, saat 17:32-də, Səbail rayonu Səməd Vurğun küçəsində hərəkət edən 90 PL 341 dövlət nömrə nişanlı  avtomobildən küçəyə energetik içkinin qabı atılır. 

Əlbəttə, bu cür şəxslərə qarşı inzibati tədbir görülməsi mütləq vacibdir. Çünki bu cür məsələlərdə inzibatçılıq olmayanda çoxları elə düşünür ki, məsuliyyətdən yaxa qurtara biləcəklər. Məsələn bir neçə il əvvəl təhlükəsizlik kəməri məsələsinə o qədər də önəm vermirdilər. Lakin cərimənin məbləği qalxdıqdan sonra sürücülərdə məsuliyyət də artıb. 

Küçəyə hər hansı əşyanı atmağa görə sürücünü 40, sərnişini isə 30 manat cərimə gözləyir. Avtosfer.az olaraq videoda əks olunmuş avtomobilin sürücüsünün inzibati şəkildə cəzalandırılmasını istəyirik.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh