İldırım aeroportun yanacaqdoldurma sistemini zədələyib

Gündəm 27 May 2018 17:01 Oxunub 635
İldırım aeroportun yanacaqdoldurma sistemini zədələyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aeroport rəhbərliyi sərnişinlərə uçuşlar barədə məlumatı aviaşirkətlərin saytından izləməyi məsləhət görüb

İldırım vurması nəticəsində Londonun "Stensted" aeroportunda təyyarələrin yanacaqdoldurma sistemi zədələnib. APA-nın verdiyi məlumata görə, bu səbəbdən aeroportdan onlarla aviareys ya ləğv edilib, ya da təxirə salınıb. Hazırda mütəxəssislər "Stensted" aeroportunun yanacaqdoldurma sistemini təmir edir. Ancaq təmir müəyyən vaxt tələb edir. Aeroport rəhbərliyi sərnişinlərə uçuşlar barədə məlumatı aviaşirkətlərin saytından izləməyi məsləhət görüb. Qeyd edək ki. ötən gün axşam Böyük Britaniyada leysan yağış yağıb, 4 saat ərzində 15 mindən çox ildırım çaxıb. Böyük Britaniyada ölkənin bir neçə yerində yağış və subasma təhlükəsi ilə əlaqədar "sarı" təhlükə səviyyəsi elan edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh