Avtobus qəzaya uğradı – 3 ölü, 11 yaralı

Qəzalar 27 May 2018 17:02 Oxunub 652
Avtobus qəzaya uğradı – 3 ölü, 11 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həkimlər xəsarət alanların vəziyyətini ağır qiymətləndirir

Ötən gecə Fransanın cənub-şərqində reqbi azarkeşlərinin olduğu avtobus qəzaya uğrayıb. APA-nın məlumatına görə, bu barədə BFMTV telekanalı məlumat yayıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər hadisə yerində ölüb, 11 nəfər yaralanıb. Həkimlər xəsarət alanların vəziyyətini ağır qiymətləndirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh