Şamaxıda "HOVA" markalı yük maşını aşıb

Qəzalar 27 May 2018 20:06 Oxunub 1445
Şamaxıda "HOVA" markalı yük maşını aşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində sürücü ağır xəsarət alıb

Şamaxıda ağır tonnajlı yük avtomobili aşıb. Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 16:30 radələrində Şamaxı-Padarçöl yolunda baş verib. Saatlı rayon sakini 1962-ci il təvəllüdlü Məsimov İbrahim Mütəllim oğlu idarə etdiyi "HOVA" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh