Avtobusla  mikroavtobus toqquşdu 

Qəzalar 27 May 2018 20:34 Oxunub 826
Avtobusla  mikroavtobus toqquşdu 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində 4 sərnişin yaralanıb

Xaçmazdan Bakıya gələn avtobuslar qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, zəncirvari qəza Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsindəbaş verib. Xaçmazdan Bakı istiqamətinə hərəkət edən Elmir Hüseynovun idarə etdiyi avtobus ehtiyatsızlıq səbəbindən Elçin Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn Dilqəm İbrahimovun idarə etdiyiavtobusla toqquşub.

Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh