AZAL-ın hava gəmisində problem
Gündəm
27 May 2018 22:14
Oxunub 1374
Aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədar olub
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi gecikir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədardır.
“Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq. Yaranan narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda vurğulanıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR