Şamaxıda körpünü dağıdan sel maşını da apardı - VİDEO

Avtosfer TV 28 May 2018 21:12 Oxunub 1706
Şamaxıda körpünü dağıdan sel maşını da apardı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxınlıqdakı insanların köməyi ilə sürücü xilas edilib

Şamaxıyayağan güclü yağış təsərrüfatlara ziyan vurub. Avtosfer.az xəbər verir ki, Pirsaat çayı üzərindəki körpünü su aparıb. Nəticədə çaydan keçən maşını sel aşıraraq daşlara çırpıb, sürücü xəsarət alıb.

Güclü sel körpünü uçurub, avtomobil sulara qərq olub. Şamaxı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfat sahələrinə ziyan vurub. Pirsaat çayına gələn güclü sel Ərçivan kənd sakinlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub. Sel suları çayın üzərindəki körpünü tamamilə dağıdıb. Kənd sakini minik avtomobili ilə çayın içərisindən keçərkən sel onun avtomobilini aşıraraq daşlara çırpıb və 200 metr aralı aparıb. Yaxınlıqdakı insanların köməyi ilə sürücü xilas edilib. Əzilərək yararsız hala düşən avtomobil çaydan çıxarılıb. Sürücü yüngül xəsarət alıb.

Təbii fəlakət zamanı rayonun Ərçivan, Pirqulu, Nağaraxana, Qaleybuğurd, Dəmirçi kəndlərində tərəvəz və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib, elektrik dirəkləri aşıb, naqillər qırılıb.Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb.Rayon fövqəladə hallar komissiyası ərazidə olub.Elektrik verilişi bərpa edilib.

 

Avtosfer.az

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh