“İST Petrol”un sürücüsünə və şirkət rəhbərinə cərimə yazıldı - VİDEO
Qaydalar 29 May 2018 00:09 2363 dəfə oxunub
“İST Petrol”un sürücüsünə və şirkət rəhbərinə cərimə yazıldı - VİDEO
Sürücü 3 dəfə qayda pozub, şirkət rəhbəri isə sorğuya vaxtında cavab verməyib

Mayın 23-də Bakı-Sumqayıt yolunda "İST Petrol"-a məxsus 90-JJ-550 qeydiyyat nişanlı  yanacaq daşıyan yük avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq təhlükəli şəraitdə hərəkət etməsinin görüntüləri Avtosfer.az  saytında yayılmışdı. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, görüntülərə baxış keçirilib və həmin sürücü aşkar olunub. Sürücü Bayramov Rafiq Bayraməli oğlu tibbi müayinədən keçirilib və hər hansı bir spirtli içkinin təsiri altında olmadığı aşkar olunub. Bununla belə, videogörüntüdə piyadaya yol verməməsinə görə barəsində 50 manat məbləğində inzibati protokol tərtib olunub. Avtomobilin məxsus olduğu şirkət Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən sorğuya 5 gün ərzində cavab verilmədiyinə görə şirkət rəhbəri barəsində də 150 manat məbləğində cərimə tətbiq edilib. Digər tərəfdən, həmin tarixdə sürücü iki dəfə radara düşdüyünə görə həmin xətalarla bağlı barəsində inzibati protokollar tərtib olunub.

 

Təbriz

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh