Qulağında "nauşnik", nazlana-nazlana yolu keçir - VIDEO

Avtosfer TV 29 May 2018 12:12 Oxunub 7095
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sanki “elçi qarşısına çay aparır”

Bir çoxlarımız yolun ortası ilə, qulağında qulaqlıq, sağına-soluna baxmadan, sanki bulvarda gəzirmiş kimi yolu keçən piyadalara rast gəlmişik. Çox zaman sürücüləri bəlaya salan da belə adamlar olur. Ən dəhşətlisi isə öz həyatını düşünmür və “sürücünün düşünməsinin” öhdəsinə buraxır, özlərini yad planetdən gəlmiş kimi hiss edirlər. Nəticədə isə ağır fəsadlar baş verir. 

Bu dəfəki “qəhramanımız” da yuxarıda sadalanan kateqoriyaya aiddir. Yol ayrıcında, piyada keçidi olmayan yerdə, 3 tərəfdən avtomobillərin şütüdüyü ərazidə, qulağında qulaqlıq elə nazlana-nazlana keçir ki, sanki “elçi qarşısına çay aparır”. Etiraz edən sürücüyə isə elə baxır ki, sanki illərdir ona borcu var.

Avtosfer.az həmin götrüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh