“BakuBus”ın avtobusu piyadanı belə vurub - VİDEO

Avtosfer TV 29 May 2018 13:39 Oxunub 2608
“BakuBus”ın avtobusu piyadanı belə vurub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
33 yaşlı piyada 5 nömrəli sərnişin avtobusunun qarşısına çıxıb

Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb. Avtosfer.az-ın məlumatına görə, görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Mayın 22-də Bakı şəhəri, Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntüləri təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh