"Kitayski Land Cruiser" Bakıda satışa çıxarılır - 6,5 l yanacaq işlədir - FOTO

Avtobazar 29 May 2018 15:25 Oxunub 9266
"Kitayski Land Cruiser" Bakıda satışa çıxarılır - 6,5 l yanacaq işlədir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ön hissədən "Land Cruiser"ə oxşasa da, arxa hissə "Ford Explorer" modelini xatırladır

Bakıda "Kitayski Land Cruiser" satışa çıxarılacaq. Söhbət "Toyola  Land Cruiser"in oxşarı Çin avtomobili "GAC GS8" modelindən gedir. Bu barədə Fins.az-a markanın Azərbaycanda rəsmi təmsilçisi "Sirena Motors" şirkətindən bildirilib. Məlumata görə, iyun ayında təqdim ediləcək bu model Azərbaycanda ilk dəfə satışa çıxarılır. "Kitayski Land Cruiser" 2.0l Turbo mühərriklə təhciz edilib. Avtomobilin yanacaq sərfiyyatı şosedə 90km/saat sürətlə 6,5 litr təşkil edir. Şəhər yollarında isə 9-12 litr yanacaq işlədir. "GAC GS8"in uzunluq,en və hündürlüyü müvafiq olaraq 4810×1910×1770 mm təşkil edir. Avtomobil 7 nəfərlikdir. "Cip" ön hissədən "Land Cruiser"ə oxşasa da, arxa hissə "Ford Explorer" modelini xatırladır. 

"Sirena Motors"dan bildirilib ki, model Azərbaycan bazarında "Haval H9", "Kia Sorento", "Hyundai Grant Sanata Fe"nin rəqibi hesab edilir. "GAC GS8" rəqiblərindən xeyli ucuz olacaq. Şirkətdən bildirilib ki, hazırda "Haval H9" 67 min manatdan, digər rəqiblər isə 80 min manatdan bahadır. "GAC GS8"in qiyməti isə 50-60 min manat arasında dəyişəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh