Ən az ilkin ödənişi olan avtomobil satışa çıxarılır - FOTO

Avtobazar 29 May 2018 16:17 Oxunub 19060
Ən az ilkin ödənişi olan avtomobil satışa çıxarılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin at gücü 100, yanacaq sərfiyyatı şəhər daxili 6 litrdir

Çinin Changan avtomobil markası iyun ayının əvvəlində  Azərbaycanda Alsvin V3 modelini satışa çıxaracaq. “Sirena Motor” şirkətindən Avtosfer.az-a verilən məlumata görə, 1.4 litr mühərriklə təchiz olunan avtomobil mexaniki transmissiyalıdır. Avtomobilin at gücü 100, yanacaq sərfiyyatı şəhər daxili 6 litrdir. Avtomobil ABS və EBD sistem, bort kompyuter təhlükəsizlik yastıqları, duman əleyhinə faralar, kondisioner, parkinq köməkçisi, radio CD-MP3 player, ektrikli şüşəqaldıranlar ilə təchiz olunub. Changan Alsvin V3 modelinin əsas üstünlüyü isə onunla eyni seqmentdə olan avtomobillərdən fərqli olaraq daha aşağı ilkin ödənişlə satılması və zəmanət müddətinin 5 il və ya 120.000 km olmasıdır. Avtomobili bütün xərclər daxil olmaqla (kasko və icbari sığorta, nömrə ) cəmi 3900 AZN ilkin ödənişlə əldə etmək mümkündür. Aylıq ödəniş isə 390 manatdır. Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.  

Bundan başqa, Changan markası iyul ayının ortalarında daha bir yeni modelinidə təqdim edəcək. Bu Changan CS 15 modelidir. Avtomobil ekonomik şəhər krossoveridir.  Avtomobilin üstünlükləri haqda məlumatlar  http://sirenamotors.az/ saytında yerləşdirilibdir.

Xatırladaqki, Changan markasının bütün modelləri 5 il və ya 120.000 km zəmanətlə təqdim olunur. Changan markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru “Sirena Motors” şirkətidir. Şirkətin Bakı şəhərində 4 ünvanda satış və servis mərkəzi, Gəncə və Lənkəran şəhərlərində isə 1 ünvanda  satış və servis mərkəzləri fəaliyyət göstərir.

Əlaqə nömrələri (012) 341 11 33, (050) 226 32 00, (050) 226 32 05

Qaynar xətt: 1630

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Səbuhi 31 May 2018 11:29
390 manata neçe aylıqdır