Velosipedi yenidən icad etdi - VİDEO

Avtoxəbər 29 May 2018 21:24 Oxunub 1767
Velosipedi yenidən icad etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu velospedin 3 təkəri var, hündürlüyü isə 2 metrə yaxındır

Belə bir məşhur deyim var: velosipedi yenidən icad etməyə ehtiyac yoxdur. Amma 33 yaşlı Şəmkir sakini məhz belə bir fikrə düşüb və qeyri-adi velosiped hazırlayıb. Avtosfer.az xəbər verir ki, bu velospedin 3 təkəri var, hündürlüyü isə 2 metrə yaxındır.

Şəmkir sakini öz ideası ilə yeni velosiped düzəldib. 33 yaşlı Samir Hüseynov kiçik yaşlarından velosiped həvəsi olub. Uşaqlıqdan velosipedə olan marağı onun bu işin təmiri və ticarəti ilə məşğul olmağa sövq etdi. Daha sonra isə qeyri-adi yeniliyə imza tamaq qərarına gəldi. Əvvəl 2, sonra isə 3 mərtəbəli velosiped hazırladı.

Elə yeni velosipedin təkər sayı da əvvəl 2, sonra isə 3 olub. Əlavə sərnişin və yük yeri də yenilik kimi sonradan ağla gəlib. Bunları bir növ Samirin öz işini təkmilləşdirməsi də adlandırmaq olar. Samir Hüseynov Hündürlüyü 1.8 metrə çatan üçmərtəbəli velosipedin hazırlanmasına xeyli ehtiyat hissəsi və 300 manata yaxın pul sərf edib. Ancaq sahibi onu satmaq fikrində deyil. Deyir ki, heç bunu məndən başqa sürə bilən də yoxdur.

Ancaq yeni ideyalar Samiri yenə rahat qoymur. Deyir ki, bundan sonra daha maraqlı işlərlə insanları təəccübləndirməyə davam edəcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh