Azərbaycanda yol polisi mayoru şirkət rəhbəri oldu - “Ergotransit Global Inc"

Yol polisi 30 May 2018 13:11 Oxunub 2289
Azərbaycanda yol polisi mayoru şirkət rəhbəri oldu - “Ergotransit Global Inc"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elxan Hacıyev beynəlxalq yerli nümayəndəliyin rəhbərliyinə gətirilib

“Ergotransit Global Inc.” şirkəti Azərbaycanda nümayəndəlik açıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib. Aprelin 24-də dövlət qeydiyyatına alınmış şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Zərifə Əliyeva ev 55, mənzil 1-dir. Kommersiya qurumunun qanuni təmsilçisi isə Elxan Əbdülqafar oğlu Hacıyevdir.

E.Hacıyev Beynəlxalq Kollecin müəllimi, Beynəlxalq Yol Polisi və Nəqliyyat Təşkilatının Baş Assambleyasının üzvü, yol polisi mayoru, "Nəqliyyat hüququ" elmi-nəzəri jurnalının redaktorudur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh