"Protiv" gedən "Niva": ön otracaqda da uşaq oturub - VIDEO

Avtosfer TV 9 İyun 2018 12:30 Oxunub 2449
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün qayda pozuntusu ilə bağlı DYP rəhbərliyinə rəsmi şəkildə müraciət olunub

Özünə qaydaları pozmaq “imtiyazı vermiş” sürücülər az deyil. Bəzən hansısa sürücü bilmədən, səhv edərək qaydaları pozur. Bunu bağıçlamaq, keçmək olar. Amma qaydaları “kefindən” pozanlara qarşı isə mübarizəmizi davam etdirəcəyik.

Bu dəfə də sosial şəbəkə iştifadəçisi Kənan Dalğa yeni video paylaşıb. 

31.05.2018 tarixində, saat 17:20 radələrində Bakı Kənar Dairəvi yolunun Yeni Yasamala gedən hissəsində qeydə alınan görüntülərdə 99 LH 066 DNN-lı “Niva” markalı avtomobilin sürücüsü 1.1 nişanlanma xəttinin tələbini tam olaraq pozub əks yola çıxır. 

Bu azmış kimi avtomobildə qabaq oturacaqda sərnişinin yerində azyaşlı uşaq əyləşdirib. Bu isə artıq qayda pozmaqdan çox məsuliyyətsizlikdir. 

Qeyd edək ki, sürücünün qayda pozuntusu ilə bağlı DYP rəhbərliyinə rəsmi şəkildə müraciət olunub. Avtosfer.az sözügedən videonu təqdim edir:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh