"Volkswagen" və "Skoda" 130 mindən çox avtomobili geri çağırdı

Avtoxəbər 1 İyun 2018 11:51 Oxunub 1213
"Volkswagen" və "Skoda" 130 mindən çox avtomobili geri çağırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək

"Volkswagen Group Rus" şirkəti Rusiyada 133 minə yaxın "Volkswagen" və "Skoda" markalı avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2016-2018-ci illərdə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur. Həmçinin o da qeyd edilir ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh