Daxili işlər naziri və DYP rəisi uşaqları təbrik etdi - FOTO - VIDEO

Yol polisi 1 İyun 2018 13:20 Oxunub 5082
Daxili işlər naziri və DYP rəisi uşaqları təbrik etdi - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP uşaqlarla bağlı müxtəlif aksiyalar keçirilib

Bu gün DİN Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə 1 iyun Uşaqların beynəlxalq müdafiə günü münasibətilə Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli orta məktəbdə maarifləndirmə tədbiri keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polkovnik-leytinant Səbri Hüseynov və Yol-Patrul Xidməti Alayının, 6-cı tağımının komandir müavini, kapitan Bakir Həsənov uşaqlara yol hərəkəti qaydalarına əməl etməyin vacib olduğunu danışıblar. Yollarda diqqətli olmağa, böyüklərin köməyindən istifadə etməyə, zərurət yarandıqda isə polisə müraciət etməyi tövsiyə ediblər. 

Tədbirdə həmçinin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi. general-mayor Ramiz Zeynalovun uşaqlara təbriki çatdırılıb. Daha sonra onlara DYP -nin dəstəyi ilə nəşr edilmiş "Yol hərəkəti qaydaları əlifbası" kitabı hədiyyə olunub. 

Məktəbin direktoru Zemfira Abdullayeva yol polisinə bu cür tədbirlərə görə təşəkkür edib, bunun uşaqlar arasında müsbət qarşılandığını və faydalı olduğunu bildirib.

Bu gün həmçinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakının bir neçə küçə və prospektlərində uşaqlarla bağlı tədbirlər keçirib. Tədbirlər zamanı avtomobilində uşaq olan sürücülər saxlanılıb, həmin uşaqlara yol polisi tərəfindən müxtəlif məktəb ləvazimatları və hədiyyələr təqdim olunub. Eyni zamanda yol polisi tərəfindən çap edilmiş təbliğat vasitələri olan broşurlar və kitabçalar hədiyyə edilib. 

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh