Təyyarə üfunətli sərnişinə görə təcili eniş etdi

Maraqlı 1 İyun 2018 18:50 Oxunub 1623
Təyyarə üfunətli sərnişinə görə təcili eniş etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət Boeing-737 təyyarəsinin təcili eniş etdiyini təsdiqləyib

Hollandiyadan İspaniyaya uçan “Transavia Airlines” şirkətinə məxsus təyyarə Portuqaliyanın Faru aeroportuna təcili eniş edib. Buna səbəb təyyarənin salonundakı üfunətli qoxu olub. Bu qoxu səbəbindən bəzi sərnişinlərdə ürəkbulanma və qusmadan şikayət edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Britaniyanın “Mirror” nəşri məlumat yayıb. Şahidlərin sözlərinə görə, sərnişinlərdən biri elə qoxurdu ki, elə bil bir neçə həftədir çimmir.

Ekipaj üzvləri sərnişini ayaqyoluna aparmaq istəsələr də, bu müsbət nəticə verməyib və pilot ən yaxın aeroportda eniş etmək qərarına gəlib, kişini isə aeroportda həkimlər qarşılayıb.

Şirkət Boeing-737 təyyarəsinin təcili eniş etdiyini təsdiqləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh