Inkassatorlardan yarım milyon avro oğurladılar

Maraqlı 2 İyun 2018 09:01 Oxunub 1543
Inkassatorlardan yarım milyon avro oğurladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis vertolyotunun da köməkliyi ilə cinayətkarların axtarışını aparır

Cümə günü səhər Romada bir qrup qarətçi inkassator maşınına hücum edərək ondan yarım milyon avro pul aparıblar.

“Report” xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Hadisə paytaxtın qərbində baş verib. Maskada olan silahlı 4 nəfər yerli supermarketdən pul aparmağa gələn bir neçə inkassator maşınına hücum edib.

İlkin məlumata görə, üzərində "polis" yazılmış jiletlərdə olan qarətçilər üç kassiri tərk-silah ediblər və pulları da götürərək xarici dövlət qeydiyyat nişanlı furqonda ərazidən uzaqlaşıblar.

Qarət nəticəsində xəsarət alan olmayıb. Polis vertolyotunun da köməkliyi ilə cinayətkarların axtarışını aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh