"Uber" fəaliyyətini dayandırıb

Yeniliklər 2 İyun 2018 09:22 Oxunub 1357
"Uber" fəaliyyətini dayandırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu Türkiyə prezidenti Ərdoğan bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bəyan edib ki, "Uber" özəl daşıma sistemi daha ölkədə fəaliyyət göstərməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, "Daily Sabah" qəzetinin məlumatına görə, Türkiyə lideri bu bəyanatla İstanbulda iftar zamanı çıxış edib.

"Bizim öz şəxsi taksi sistemimiz var, biz özəl taksi sisteminin Türkiyə taksiçilərinin biznesini korlamasına imkan verə bilmərik. "Uber"in biznesi başa çatdı, biz "Uber"lə bağlı özümüz qərar qəbul edəcəyik", - deyə nəşr prezidentin sözlərini sitat gətirib.

"Uber" Türkiyədə bir neçə il əvvəl fəaliyyətə başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh