Kürdəmirdə avtomobil su kanalına düşdü - Yaralı var - VİDEO

Avtosfer Foto 2 İyun 2018 20:55 Oxunub 2135
Kürdəmirdə avtomobil su kanalına düşdü - Yaralı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir nəfər xəsarət alıb

Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az  “Report”a istinadən xəbər verir ki, rayonun Sorsor kəndi ərazisi ilə hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində rayonun Sorsor kənd sakini, 1970-ci il təvəllüdlü Əmirov Rəhim Mirzəcan oğlu xəsarət alıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh