Saatda 185-lə gedərkən qəzaya uğradı - VİDEO

Avtosfer TV 2 İyun 2018 22:32 Oxunub 2389
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü qəza yerindən 50-60 metrədək məsafədə asfaltın üzərində sürünür

Sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən baykerin qəzaya uğraması və sağ qalmasını əks etdirən video böyük müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, dostları ilə birgə motosiklet yürüşünə çıxmış gənc magistral yolda hərəkət edir. Müəyyən məqamda o, idarəetməni itirir və 185 km/s saat sürətlə hərəkət edən motosikletdən yıxılır və qəza yerindən 50-60 metrədək məsafədə asfaltın üzərində sürünür. Lakin xoşbəxtlikdən əynində yalnız gödəkcə, şortlar və yüngül ayaqqabı, başında isə dəbilqə olan motosikletçi sıyrıqlar şəklində yüngül bədən xəsarətləri alıb.

Maraqlısı isə odur ki, belə qəzadan möcüzəli şəkildə sağ qalan motosikletçi dostlarından bir neçə yüz metr məsafəyə sürüşmüş motosikletini gətirməyi xahiş edir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh