Plastik butulkaları təkrar istifadə etməyin! - Həkimlərdən XƏBƏRDARLIQ - VİDEO

Yazarlar 3 İyun 2018 09:30 Oxunub 2290
Plastik butulkaları təkrar istifadə etməyin! - Həkimlərdən XƏBƏRDARLIQ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azər Maqsudov: "Həmin qabların təkrar istifadəsi də düzgün deyil"

Plastik qablara yığılmış su xroniki zəhərlənməyə səbəb ola bilər. Araşdırmalara görə, plastik qab açıq günəş altında qaldıqda onun içərisində olan suyun tərkibi dəyişir və nəticədə baş verən kimyəvi reaksiya zəhərlənməyə gətirib çıxara bilər. Günəş altında qalan su içildikdən bir müddət sonra orqanizmdə toksiki maddələrin toplanmasına səbəb olur. Bu isə zəhərlənməyə gətirib çıxarır. Məhz buna görə də həmin sular qapalı yerdə saxlanılmalıdır. Sudan zəhərlənmənin ilkin əlamətlərinə gəlincə isə..

Baş toksikoloq Azər Maqsudovun sözlərinə görə, həmin qabların təkrar istifadəsi də düzgün deyil. Havaların isinməsi günəş şüaları ilə reaksiyanı daha da sürətləndirir. Mütəxəsislər vətəndaşları xüsusilə də yay aylarında su alarkən diqqətli olmağa çağırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh