Avtomobillər Rusiyaya daha asan keçə biləcək - FOTO

Avtoxəbər 3 İyun 2018 02:54 Oxunub 1724
Avtomobillər Rusiyaya daha asan keçə biləcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DGK sədri bunun təmin edilməsi üçün tapşırıq verib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra Komitə sədri Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının daşınmasının vəziyyəti ilə maraqlanıb və həmin yükləri daşıyan nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində yarana biləcək problemlərin aradan qaldırılmasına, dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh