Velosiped yarışına görə bu yolda sürət azaldılıb - FOTO

Yarışma 3 İyun 2018 23:33 Oxunub 2189
Velosiped yarışına görə bu yolda sürət azaldılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət minumum həddə endirilməli və ara məsafəsi saxlanılmalıdır

Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər velosiped idmanının "BMX Racing" növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar yolda sürət həddi azaldılıb. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, iyun ayının 3-dən 5-dək təlim-məşq toplanışı, 5-dən 9-dək isə yarışlar keçiriləcək. Qonaqların qarşılanması, onların müşayət edilməsi, yerləşdirilməsi və təhlükəsizlik məqsədilə yolun bir zolağı kauçuk maneələr vasitəsilə velosipedçilərin hərəkəti üçün ayrılıb. Bu səbəbdən də ərazidə sürət həddi 30, daha sonra isə 50 km/saata qədər azaldılıb və bununla bağlı müvafiq yol nişanları qoyulub.

Sürücülərdən xahiş olunur ki, təhlükəsizlik məqsədilə ərazidə sürət həddinə və təhlükəsizlik qaydalarına riayət etsinlər.

Həmçinin Dostluq parkı ilə üzbəüz giriş-çıxış üzrə sürət minumum həddə endirilməli və ara məsafəsi saxlanılmalıdır.

 

Emin 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh