“Mercedes”ə 3,75 milyard avroluq cəza

Avtoxəbər 3 İyun 2018 14:47 Oxunub 1087
“Mercedes”ə 3,75 milyard avroluq cəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin qazçıxma sistemində problemlər aşkarlanıb

Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes”in C və G seriyalı, həmçinin “Vito” avtomobillərinin qazçıxma sistemində problemlər aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, “Şpigel” jurnalı bu problemin olduğu 750 min avtomobilin hər birinə görə şirkətin 5 min avro cərimələnəcəyini yazıb. Bu isə ümumilikdə 3,75 milyard avro cərimə deməkdir. Xatırladaq ki, Almaniya Mühərrikli Nəqliyyat Vasitələri İdarəsi 23 mayda bu barədə “Mercedes”ə xəbərdarlıq etmiş, lakin şirkət bu iddiaları qəbul etməmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh