Avtomobilini kimyəvi təmizləməyə verib xərcə düşdü - VİDEO

Avtoxəbər 3 İyun 2018 21:42 Oxunub 2192
Avtomobilini kimyəvi təmizləməyə verib xərcə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmizlənmə zamanı istifadə edilən buxar da maşına ziyan vura bilər

Avtomobilini kimyəvi təmizləməyə verən şəxs əlavə 250 manat xərcə düşüb. Avtosfer.az xəbər verir ki, buna səbəb naşı şəxslər tərəfindən avtomobilin təmizlənməsi zamanı elektronik sistemin zədələnməsidir. Uzun illərdir kimyəvi təmizləmə ilə məşğul olan Qoşqar Həsənlinin sözlərinə görə, bu kimi problemlər kimyəvi təmizlənmə zamanı tez-tez baş verir. Buna səbəb qeyri-peşəkarların avtomobilin elektronik hissələrinə su va ya təyinatına uyğun olmayan dərmanlar vurmasıdır. Əgər zərər kimyəvi təmizləməni edən şəxs tərəfindən vurulubsa, dəyən ziyanı da usta ödəməlidir. Buna görə də sürücülər yalnız zəmanət verilən yerlərdə avtomobillərini təmizlətdirməli və maşını ustaya təhvil verərkən bu avadanlıqların işlək olduğunu göstərməlidir. Çünki, hətta təmizlənmə zamanı istifadə edilən buxar da maşına ziyan vura bilər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh