Bakıda polis maşınıyla eyni anda 3 qayda pozuntusu - VİDEO

Yol polisi 4 İyun 2018 09:58 Oxunub 1764
Bakıda polis maşınıyla eyni anda 3 qayda pozuntusu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Manevr qaydasını pozur, qoşa xətti və qırmızı işığı saymır

Mayın 26-da saat 16:04 radələrində paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsindən sağa Hüseyn Cavid prospektinə dönən Post-Patrul Xidməti avtomobili eyni anda bir neçə yol hərəkəti qaydasını pozub. Əslində davranışlarıyla və qanuna əməl etməklə digər vətəndaşlara nümunə olmalı olan polis əməkdaşı PPX maşını ilə 1.3 qoşa xəttin tələbini pozaraq əks yola çıxıb və eyni zamanda düzünə hərəkət təşkil edilmiş zolaqda svetoforun qadağanedici işığı yanan zaman sağa dönüb. Bu isə digərlərinin və özünün həyatını açıq aşkar təhlükəyə atmaqdır.

Video uzaq məsafədən çəkildiyi üçün qeyd etdiyimiz xidməti avtomobilin dövlət nömrə nişanı oxunmur. Ancaq həmin kəsişmədə TŞ kameraları olduğundan DYP əməkdaşları asanlıqla bunu müəyyən edə bilərlər.

 

Fərid

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh